İsraillilər (; ) – İsrail dövlətinin vətəndaşları. Ölkə əhalisinin 75 faizini yəhudilər, 20 faizini ərəblər, 5 faizini digər etnik və dini azlıqlar təşkil edir.
Erkən İsrail mədəniyyəti əsasən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Avropadan, Qərbi Asiyadan və Şimali Afrikadan Britaniya Fələstininə aliya edən yəhudi diasporunun nümayəndələri tərəfindən formalaşdırılmışdır. Sonradan Efiopiya, keçmiş Sovet respublikaları və Amerika qitəsindən yəhudi immiqrasiyası İsrail cəmiyyətinə yeni mədəni elementlər qatdı və müasir İsrail mədəniyyətinə dərin təsir göstərdi.
1948-ci ildə İsrail müstəqillik əldə etdikdən sonra, israillilər və İsrail əsilli şəxslər əsasən yəhudi diasporu ilə eyni olan, lakin digər etnik və dini qrupları da əhatə edən geniş diaspora malikdir. Ümumi İsrail əhalisinin təxminən 10 faizinin xaricdə, xüsusən də Rusiyada (Moskvada İsraildən kənarda ən böyük İsrail icması yerləşir), Hindistanda, Kanadada, Böyük Britaniyada, ABŞ-də və bütün Avropa ölkələrində yaşadığı təxmin edilir.
Etnik və dini qruplar İsrailin əsas etnik və dini qrupları aşağıdakılardır:
Yəhudilər thumb| Pasxa bayramı zamanı yəhudilər tərəfindən ənənəvi olaraq yeyilən matsot — mayasız çörək yeyən israilli qızlar (1960-cı illər). İsrail əsilli yəhudi əhalisinin əksəriyyəti Aşkenazi Yəhudiləri, Mizrahi Yəhudiləri, Sefarad Yəhudiləri, Efiopiya Yəhudiləri və digər yəhudi etnik bölmələrinin nəslindəndir. Tarixən böyük Mizrahi əhalisi və onilliklər boyu etnik qarışıqlıq səbəbindən İsrailin hazırkı yəhudi əhalisinin 50%-dən çoxu ən azı qismən Mizrahi mənşəlidir.My Promised Land, by Ari Shavit, (London 2014)
İsrail Mərkəzi Statistika Bürosu 2010-cu ildən etibarən İsrail yəhudilərinin ata tərəfdən mənşə ölkəsini izləyir. Mənşə ölkəsiXaricdədoğulanİsraildədoğulanCəmiXüsusiçəki, %-ləCəmi1 610 9004 124 4005 753 300100,0%Asiya201 000494 200695 20012,0%Türkiyə25 70052 50078 1001,4%İraq62 600173 300235 8004,1%Yəmən28 400111 100139 5002,4%İran/Əfqanıstan49 30092 300141 6002,5%Hindistan/Pakistan17 60029 00046 6000,8%Suriya/Livan10 70025 00035 7000,6%Digər6 70011 30018 0000,3%Afrika315 800572 100887 90015,4%Mərakeş153 600339 600493 2008,6%Əlcəzair/Tunis43 20091 700134 9002,3%Liviya15 80053 50069 4001,2%Misir18 50039 00057 5001,0%Efiopiya81 60038 600110 1001,9%Digər13 1009 70022 8000,4%Avropa/Amerika/Okeaniya1 094 100829 7001 923 80033,4%Sovet İttifaqı651 400241 000892 40015,5%Polşa51 300151 000202 3003,5%Rumıniya88 600125 900214 4003,7%Bolqarıstan/Yunanıstan16 40032 60049 0000,9%Almaniya/Avstriya24 50050 60075 2001,3%Çexiya/Slovakiya/Macarıstan20 00045 00064 9001,1%Fransa41 10026 90068 0001,2%Birləşmiş Krallıq21 00019 90040 8000,7%Avropa digər27 00029 90056 9001,0%Şimali Amerika/Okeaniya90 50063 900154 4002,7%Argentina35 50026 10061 6001,1%Latın Amerikası digər26 90017 00043 9000,8%İsrail—2 246 3002 246 30039,0%
Ərəbdilli azlıqlar
Fələstinli ərəblər Britaniya mandatı dövründəki fələstinli ərəblərin böyük hissəsi 1948-ci il köçündən sonra İsrail sərhədləri daxilində qaldılar. Onlar hazırda İsrailin ərəbdilli və mədəniyyət baxımından ərəb vətəndaşlarının ən böyük qrupudur. İsrailin ərəb vətəndaşlarının böyük əksəriyyəti sünni müsəlman, 9%-i xristian və 7,1%-i isə druzlardır.
2013-cü ilə olan məlumata görə, İsrailin ərəb əhalisi 1658000 nəfər təşkil edir ki, bu da ölkə əhalisinin təxminən 20,7%-dir. Bu rəqəmə Şərqi Qüdsdəki 209000 ərəb (İsrailin ərəb əhalisinin 14%-i) daxildir ki, bu da Fələstin statistikasında hesablanır, baxmayaraq ki, Şərqi Qüdsdəki fələstinlilərin 98 faizinin ya İsraildə daimi yaşayış icazəsi, ya da İsrail vətəndaşlığı var.
İsrail Mərkəzi Statistika Bürosunun 2010-cu ildəki siyahıyaalmasına görə, İsrailin ərəb əhalisi 134 ərəb şəhər və kəndində yaşayır. Onların təxminən 44%-i şəhərlərdə, 48%-i isə yerli şura statusuna malik kəndlərdə, təxminən 4%-i isə regional şuraya daxil olan kiçik kəndlərdə yaşayır. İsraildə ərəb əhalisi beş əsas ərazidə məskunlaşıb: Qalileya (ümumi İsrail ərəblərinin 54,6%-i), Üçbucaq (ümumi İsrail ərəblərinin 23,5%-i), Colan təpələri, Şərqi Qüds və Şimali Negev (ümumi İsrail ərəblərinin 13,5%-i). İsrail ərəblərinin təxminən 8,4%-i qarışıq yəhudi-ərəb şəhərlərində (Şərqi Qüdsdəki ərəb sakinləri istisna olmaqla), Hayfa, Lod, Ramle, Yaffa — Təl-Əviv, Əkka, Nof-Haqalil və Maalot-Tarşihada yaşayır.
Negev bədəviləri İsrailin ərəb vətəndaşları arasında bədəvilər də var. İsrail bədəvilərinə ölkənin şimalında, əksər hallarda kənd və qəsəbələrdə yaşayanlar, eyni zamanda Negevdə yarı köçəri, yaxud şəhərlərdə və ya rəsmi olaraq yaşayış məntəqəsi kimi tanınmayan bədəvi kəndlərində yaşayan bədəvilər aiddir. 1999-cu ildə Negevdə 110000, Qalileyada 50000 və İsrailin mərkəzi hissəsində 10000 bədəvi yaşayırdı. 2013-cü ilə olan məlumata əsasən, Negev bədəvilərinin sayı 200000–210000 nəfər arasındadır.
Druzlar İsraildə 2006-cı ilin sonuna sayları 117500 nəfər olduğu təxmin edilən böyük druz əhalisi də var. Britaniya mandatındakı Fələstində yaşayan bütün druzlar İsrail dövlətinin yaranmasından sonra İsrail vətəndaşı oldular.
Maronitlər Əsasən Qalileyada, həmçinin Hayfa, Nazaret və Yerusəlimdə yaşayan 7000-ə yaxın maronit xristian var. Onlar əsasən 2000-ci ildə İsrail ordusunun Cənubi Livandan çıxmasından sonra Livandan qaçan və İsrail tərəfdarı olan keçmiş livanlı döyüşçülərin ailələridir. Bəziləri isə, Ciş kimi yerli Qalileya icmalarındandır.
Koptlar İsrailin 1000-ə yaxın kopt vətəndaşı var.
Aramilər 2014-cü ilin sentyabrında İsrail yüzlərlə xristian İsrail vətəndaşının "arami" etnik kimliyini tanıdı. Bu tanınma İsrail ordusunun mayoru Şadi Xallul Rişonun rəhbərlik etdiyi İsrail Arami Xristian Fondunun və Yunan-Pravoslav Kilsəsinin Qabriel Naddaf ata və mayor İhab Şlayanın rəhbərlik etdiyi İsrail Xristian Rekrut Forumunun təxminən yeddi illik fəaliyyətindən sonra baş tutdu.
Assuriyalılar İsraildə, əsasən Yerusəlim və Nazaretdə 1000-ə yaxın assuriyalı yaşayır. Assuriyalılar qədim mesopotamiyalıların nəslindən olan aramey dilli, Şərqi xristian azlığıdır. Qüdsdə köhnə Süryani Pravoslav Müqəddəs Mark monastırı yerləşir. İsraildə Süryani Pravoslav Kilsəsinin davamçılarından başqa Şərq Assuriya kilsəsi və Xaldey Katolik Kilsəsinin davamçıları da var.
Digər vətəndaşlar
Afrikalı yəhudi israillilər Qüdsün Afrika İvrit İsrail Milləti adlı dini icmanın üzvləri İsrailin On İtirilmiş Qəbiləsinin nəslindən olduqlarına inanırlar. 5000-dən çox üzvün əksəriyyəti İsrailin Dimona şəhərində yaşayır. Lakin Arad, Mitzpe Ramon və Tiberias bölgəsində əlavə, daha kiçik qruplar da var. Onlardan bəziləri özlərini yəhudi hesab edirlər, lakin nə İsrail hakimiyyəti onları belə qəbul edir, nə də onların dini ayinləri "əsas yəhudi ənənəsi"nə uyğun gəlir. Afro-amerikalılar və onların nəslindən gələnlərdən ibarət olan bu qrup 1960-cı illərin əvvəllərində Çikaqoda yaranıb, bir neçə il Liberiyada yaşayıb, sonra isə İsrailə köçüb.
Ermənilər İsraildə təxminən 4000–10000 erməni vətəndaşı var. Bu saya Ermənistan yəhudiləri daxil deyil. Onlar əsasən Yerusəlimdə, o cümlədən Erməni məhəlləsində, eyni zamanda Təl-Əviv, Hayfa və Yaffada yaşayırlar. Onların dini fəaliyyətləri Yerusəlim Erməni Patriarxlığı, eləcə də Qüds, Hayfa və Yaffadakı kilsələr ətrafında cəmləşib. Köhnə Yerusəlim ermənilərinin İsrail şəxsiyyət vəsiqələri olsa da, onlar rəsmi olaraq İordaniya pasportlarının sahibləridir.Joyce M. Davis.
Qafqazlılar Bir sıra mühacirlər keçmiş Sovet İttifaqından olan azərbaycanlılar, tatarlar, ermənilər və gürcülər kimi müxtəlif qeyri-slavyan etnik qruplara mənsubdurlar.
Çərkəzlər thumb|300x300px| Çərkəz gəncləri İsraildə ənənəvi kişi və qadın çərkəz geyimlərini nümayiş etdirir İsraildə əsasən Kfar Kama (2000) və Reyhaniyədə (1000) yaşayan bir neçə min çərkəz azlığı da var. Bu iki kənd Colan təpələri ətrafındakı çərkəz kəndlərinin bir hissəsi idi. İsraildəki çərkəzlər də druzlar kimi ayrı bir statusa malikdirlər. Kişi çərkəzlər üçün (rəhbərinin xahişi ilə) hərbi xidmət məcburidir, qadınlar üçün isə yox.
Şərqi avropalılar Keçmiş Sovet İttifaqından olan qeyri-yəhudi immiqrantların əksəriyyəti Zera Yisrael (yəhudi nəslindən olan) adlandırılan rus, ukraynalı, moldovan və belaruslardır. Onlar ən azı bir yəhudi əcdada sahib olduqları və ya yəhudi şəxslə evli olduqları üçün immiqrasiya hüququ qazanmışlar. Bundan əlavə, müəyyən sayda keçmiş sovet vətəndaşı, ilk növbədə rus və ukraynalı qadınlar 1970–80-ci illərdə keçmiş Sovet İttifaqına təhsil almağa gedən İsrailin ərəb vətəndaşları ilə evləndikdən sonra İsrailə mühacirət ediblər. İsrail vətəndaşları arasında əsasən slavyan mənşəli olanların ümumi sayı 300 min nəfərə yaxındır.
Finlər İsraildəki finlərin əksəriyyəti ya Finlandiya yəhudiləri, ya da onların törəmələri olsa da, az sayda fin xristian 1940-cı illərdə, müstəqillik əldə etməmişdən əvvəl İsrailə köçüb və o vaxtdan vətəndaşlıq alıb. Finlandiyalı mühacirlər digər İsrail icmaları ilə ailələr qurublar və buna görə də hazırda fin icması sayca çox kiçik qrupdur. Yerusəlim yaxınlığındakı "Səkkizlərin memorialı" mənasını verən "Yad-Haşmona" adlı moşav 1971-ci ildə bir qrup israilli fin xristian tərəfindən yaradılıb. Bu gün isə üzvlərinin əksəriyyəti israilli və əsasən ivritdillidir.
Samariyalılar Samariyalılar Levantın etnik dini qrupudur. Rəvayətə görə, onlar Babil əsarətinin əvvəlindən eramızın əvvəllərinə qədər qədim Samariya ilə əlaqəsi olan İsrail övladlarından törəyiblər. 2007-ci ildə aparılan əhali hesablamaları göstərir ki, 712 samariyalının yarısı İsrailin Holon şəhərində və yarısı İordan çayının qərb sahilindəki Gerizim dağı ətrafında yaşayır. Holon icması İsrail vətəndaşlığına malikdir, Gerizim icması isə İsrailin nəzarətində olan anklavda (Kiryat Luza) yaşayır və ikili İsrail-Fələstin vətəndaşlığına malikdir.
Vyetnamlılar right|thumb| Afuladakı vyetnamlı qaçqınlar üçün ulpan, 1979 İsraildəki vyetnamlıların sayının 200–400 nəfər olduğu təxmin edilir. Onların əksəriyyəti 1976–1979-cu illərdə İsrailin baş naziri Menahem Begin onlara siyasi sığınacaq verdikdən sonra İsrailə gəlib. İsraildə yaşayan vyetnamlılar İsrail Müdafiə Qüvvələrində də xidmət edirlər. Bu gün icmanın əksəriyyəti İsrailin mərkəzindəki Quş-Dan bölgəsində yaşayır, eyni zamanda az sayda İsrailli vyetnamlı və ya Vyetnam əsilli israilli Hayfa, Qüds və Ofakimdə yaşayır.
Vətəndaş olmayanlar
Afrikalı qaçqınlar right|thumb| Sudanlı qaçqınlar və İsrail tələbələri arasında görüş, 2007 İsraildəki afrikalı qaçqınların sayı və statusu mübahisəli və ziddiyyətlidir, lakin ehtimal edilir ki, İsraildə, əsasən Eritreya, Sudan, Cənubi Sudan, Efiopiya və Fil Dişi Sahilindən olan ən azı 16000 qaçqın yaşayır və işləyir. 2011-ci ilin sonlarında Ynet-də dərc edilmiş çekdə bildirilir ki, təkcə Təl-Əvivdə bu rəqəm 40000 nəfərdir ki, bu da şəhər əhalisinin 10 faizini təşkil edir. Böyük əksəriyyəti şəhərin cənub hissələrində yaşayır. İsrailin cənubundakı Eylat, Arad və Beer-Şeva şəhərlərində də əhəmiyyətli sayda afrikalı var.
Digər qaçqınlar Bosniya, Kosovo və Şimali Koreyadan olan təxminən 100–200 qaçqın İsraildə qaçqın kimi yaşayır, onların əksəriyyəti İsraildə daimi yaşamaq icazəsinə malikdir.
İsrail diasporu İllər boyu İsraildən mühacirət edən israillilərin əksəriyyəti ABŞ, Kanada və Böyük Britaniyada məskunlaşıb.
Hazırda xaricdə yaşayan 330000 israillinin, o cümlədən 230000 yəhudinin olduğu güman edilir. İsrailə mühacirət etdikdən sonra öz ölkələrinə qayıdan və ya başqa yerə köçənlərin sayını hesablamaq daha çətindir.
Uzun illər ərzində İsraildən köçənlərin sayına dair dəqiq məlumatlar mövcud deyildi.Henry Kamm. İsrail diasporu üzrə sosioloq Stiven C. Qold, yəhudi mühacirətinin hesablanmasının mübahisəli bir məsələ olduğunu iddia edərək, belə izah edir: "Yəhudi dövlətinin mövcudluğunun əsasını təşkil edən sionizm fəlsəfəsi dünya yəhudilərinin evlərinə qayıtmasını tələb etdiyindən, əks hərəkat, yəni israillilərin yəhudi dövlətini tərk edərək başqa yerdə yaşaması açıq şəkildə ideoloji və demoqrafik problem yaradır.Stephen J. Gold.