Hadisələr 28 yanvar - Antonio Xose Sukrenin ordusu tərəfindən La-Rasın tutulması. 4 mart - Con Kuinsi Adamsın ABŞ-nin 6-cı prezidenti seçilməsi. 17 aprel - Fransanın vurulmuş zərərin ödəniləcəyi təqdirdə Haitinin müstəqilliyini tanıdığını bildirməsi. 16 may - Antonio Xose Sukrenin Yuxarı Perunun hərbi qubernatoru təyin edilməsi. 6 avqust - Yuxarı Perunun (indiki Boliviyanın) istiqlaliyyətinin elan edilməsi. 1 oktyabr - Venesuelanın dövlət başçısı Xose Paesin Simon Bolivara Böyük Kolumbiyanın monarxiya elan edilməsi barədə təklifinin Bolivar tərəfindən rədd edilməsi. 10 dekabr - Argentina ilə Braziliya arasında müharibənin başlanması. 14 dekabr: Rusiyada I Nikolayın (1825-1855) hakimiyyətə gəlməsi. Rusiyada Dekabristlər üsyanının baş verməsi. İngiltərədə dünyada ilk dəfə olaraq istehsalın bütün sahələrini bürüyən iqtisadi böhranın baş verməsi. İngiltərədə dünyada ilk dəfə olaraq dəmiryol xəttinin çəkilməsi.
Doğumlar 18 yanvar – Eduard Franklend – ingilis kimyaçısı. 30 iyun – Ferdinand Müller – alman təbiətşünası, botaniki, coğrafiyaşünası. 25 oktyabr – İohann Ştraus – Avstriyalı bəstəkar. 30 noyabr – Vilyam Buqro – fransız bəstəkar. 4 dekabr – Aleksey Pleşşeyev – rus yazıçısı. Azərbaycan rəssamı Mirzə Qədim İrəvani. Aşıq Əziz. Atakişi bəy Mərdanbəyov
Ölümlər 21 iyun – Daniel Tompkins – Amerika Birləşmiş Ştatlarının 6-cı vitse-prezidenti. 29 dekabr – Jak-Lui David – fransız rəssam. Rusiya imperatoru I Aleksandr. Məhəmməd Nədim İrəvani.