Sambu Sissoko (; ) — Fransa futbolçusu, Liqa 3 "Valensiyen"in sağ cinah müdafiəçisi. .
Şəxsi həyatı Sissoko Fransanın Klamar şəhərində anadan olub və Fransa vətəndaşlığına malikdir. O, maliəsillidir.
Klub karyerası Sissoko peşəkar karyerasında debütünü 11 avqust 2017-ci ildə Liqa 2-də "Renn"ə 0:1 hesabı ilə uduzduqları oyunda "Tur" komandasında etdi
2019-cu ilin yanvar ayında o, "Renn" ilə dörd illik müqavilə imzaladı. O, 16 oktyabr 2020-ci ildə 2020–21 mövsümü üçün "Keviyi Ruan" klubuna icarəyə verildi.
30 iyun 2022-ci ildə Sissoko iki illik müqavilə ilə Belçikanın Serainq klubuna keçdi. 20 dekabr 2023-cü ildə Sissoko və Serainq müqaviləni ləğv etmək barədə razılığa gəldilər.
14 fevral 2024-cü ildə Sissoko Ukraynanın "Vorskla Poltava" klubu ilə açıqlanmayan müddətə müqavilə imzaladı.
30 avqust 2024-cü ildə Sissoko "Valensiyen"ə keçid etdi.
11 fevral 2026-cı ildə Azərbaycan Premyer Liqa klubu "Qəbələ" Sissokonun mövsümün sonuna qədər "Valensiyen"dən icarəyə götürüldüyünü açıqladı. Yerli mətbuatda onun "Qəbələ"də ümidləri doğrultmadığı" qeyd olunmuşdur. 2 iyun 2026-cı ildə Qəbələ Sissokonun icarə müqaviləsi başa çatdıqdan sonra "Valensiyen"ə qayıtdığını açıqladı.
Beynəlxalq karyerası Sissoko Fransanın 19 yaşadək futbolçular arasında gənclərdən ibarət milli komandasının üzvüdür.
İstinadlar
Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası B futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:Milli Çempionat (Fransa) futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Vorskla Poltava FK futbolçuları Kateqoriya:Reyms FK futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları